Twenty One Pilots

Twenty One Pilots və ya TWENTY ØNE PILØTS — Twenty One Pilots (və ya TWENTY ØNE PILØTS, qısaca TØP) Ohayo ştatının Kolumbus şəhərində yerləşən Qremmi mükafatlı Amerika musiqi qrupudur. Qrup 2009-cu ildə Tayler Cozef və keçmiş qrup üzvləri Nik Tomas və Kris Salih tərəfindən yaradılıb. 2011-ci ildə Nik və Kris qrupdan ayrıldıqda, onun yerinə Coş Dan qrupa qoşuldu. Qrup 2010-cu illərdə artıq tanınmağa başlasa da, dünya çapında şöhrəti 2015-ci ildə qazandı.

Tayler qrupun adını Artur Millerin "Hamısı mənim oğlum idi " tamaşasını öyrənərkən fikirləşib. Tayler bir müsahibədə deyib ki, bu hekayədəki mənəvi dilemma qrupun adına ilham verib.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy